Dövlət Radiotezliklər İdarəsi 445 akt tərtib edib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi istismar olunan radioelektron vasitələrlə bağlı cari ilin 8 ayı ərzində görülən işlər barədə məlumat yayıb.
"ICTnews" elektron xəbər xidməti idarənin rəsmi saytına istinadən bildirir ki, Radioelektron vasitələrinin istismarına nəzarət şöbəsi (REVİNŞ) və Efirə radionəzarət şöbəsinin (ERNŞ) bölgələr üzrə efirə radionəzarət məntəqələrinin (ERNM) mühəndisləri tərəfindən 2014-cü ilin 8 ayı ərzində iş planına və DRİ-yə daxil olmuş müraciətlərə əsasən təşkilat və müəssisələrdə istismar olunan radioelektron vasitələrinə (REV) müvafiq qaydada texniki baxış keçirilərək 445 akt tərtib edilib.
Müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 224 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlanıb.
Onlardan 106 ədədi möhürlənib, 107 ədədi qeydiyyata salınıb və 11 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür. Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İXM-in pozulması barədə 17 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL