“Lenovo” şirkətindən yeni planşet
"Lenovo" şirkəti qeyri-adi "Tab S8" internet planşetini nümayiş etdirib. Nə üçün qeyri-adi? Planşetin içliyi orta məhsuldarlıqdan biq qədər yüksəkdir, amma cihazın qiyməti 199 dollar təşkil edir. Bundan başqa, planşet ARM çiplə deyil, "Intel Atom (Bay Trail)" prosessoru ilə işləyir.
"ICTnews" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, planşetə "Android" platformasının "KitKat" versiyası quraşdırılıb. Qurğunun qalınlığı 7,87 mm-dir, 8 düymlük ekranın təsvir ölçüsü 1920x1200 piksel təşkil edir. Əsas göstəricilərinə görə planşet "Nexus 7" cihazına uyğun gəlir, amma sonuncunun qiyməti 299 dollar təşkil edir.
Spesifikasiyaya əsasən, "Tab S8" 7 saat avtonom iş vaxtına malikdir, qurğunun çəkisi 284 qr. təşkil edir Həmçinin 1.6 meqapiksellik ön və 8 meqapiksellik arxa kamera mövcuddur. Daxili yaddaşın həcmi 16 QB-dır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL