Azər Bayramov: “Banklar tərəfindən İTİDF-yə 1,2 milyon manat məbləğində güzəştli kredit tələbi ilə müraciət olunub”
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun (İTİDF) maliyyələşdirmə mexanizmlərindən biri də güzəştli kreditlərin verilməsidir.
“ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, fondun icraçı direktorunun müavini Azər Bayramov sözügedən məsələ ətrafında danışarkən bildirib ki, sahibkarlıq subyektlərinə 50 min manatdan 5 milyon manatadək vəsait ayrılır:
“Güzəştli kreditlər 3 ildən 10 il müddətinə qədər İKT sahəsində fəaliyyət göstərən subyektlərə verilir. Ən başlıcası, güzəştli kredit illik 5 faiz dərəcəsi ilə verilir. Bu, hazırda Azərbaycanda ən aşağı faiz dərəcəsidir”.
A.Bayramov bildirib ki, güzəştli kreditlər müvəkkil banklar vasitəsilə verilir. Onun sözlərinə görə, hazırda banklar tərəfindən fonda 1,2 milyon manat məbləğində güzəştli kredit tələbi ilə müraciət olunub: “Bu gün fondda bu məsələyə baxılır, yəqin ki, bir həftə ərzində qərar veriləcək”.
Seymur Qasımbəyli
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL