waplog

Bankomatlarda ilk dəfə


“Unibank”ın bankomatları müştərilərin istəyinə uyğunlaşdırıldı. Artıq müştəri bankomatlardan istədiyi məbləği, müxtəlif əskinazlarda çıxara bilər. Belə ki, kartı bankomata daxil edib, lazım olan məbləği sifariş edən zaman, bankomat lövhəsində məbləği  iri, yoxsa qarışıq əskinazlar formasında istəyi soruşulur.
 
Müştərinin seçimdən asılı olaraq, “Unibank” bankomatlarından sorğu edilən məbləğ, mümkün böyük nominallardan olmaqla, minimal sayda əskinazlardan, yaxud qarışıq nominallardan ibarət əskinazlarla çıxır. Yəni müştərinin nə pulu xırdalamağa ehtiyacı olmur, nə də bütövləşdirməyə. Bankomat müştərini bu qayğılardan qurtarır.
 
Hazırda “Unibank” paytaxt və ölkənin bir çox regionlarında 80-ə yaxın bankomatı ilə müştərilərin xidmətindədir. “Unibank” bankomatları çox geniş xidmət imkanlarına malikdir. Ölkə bankları içərisində, ilk dəfə “Unibank” bankomatları ilə banka kredit müraciəti etmək və kredit ödənişi xidməti yaradılıb. Bankomatlarda SMS bankçılıq xidmətinə qoşulmaqla yanaşı, kommunal ödənişləri həyata keçirmək, "card to card" və beynəlxalq kart köçürmələri həyata keçirmək mümkündür. Müştəri istəyərsə, “Unibank” bankomatlarında öz debet kartının PİN kodunu, heç bir xidmət haqqı ödəmədən dəyişə bilər.
 
“Cash by code” xidməti isə bankomatlardan kart olmadan da, pul çıxarmağı mümkün etdi. “Unibank” plastik kartlarında tətbiq olunan “Cash by Code” xidməti asan, tez, rahat, təhlükəsiz şəkildə və 7/24 prinsipi ilə fəaliyyət göstərir. Bu xidmət nəticəsində bankın müştərisi öz kartındakı pul vəsaitlərini bankomat vasitəsi ilə köçürür və bank kartı olmayan şəxs həmin vəsaiti bankomatdan çıxara bilir. Müştəri bankomatda “Cash by Code” xidmətini seçərək məbləği və pulu alan şəxsin mobil nömrəsini daxil edir və bankomatdan şifrin birinci hissəsi əks olunmuş qəbz çap edilir.Vəsaiti alacaq şəxsə SMS vasitəsilə şifrin ikinci hissəsi göndərilir. Müştəri kod qəbzdəki şifr və SMS vasitəsilə göndərilən şifrləri ardıcıllıqla daxil edir və vəsaiti çıxarır.
 
RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL