“Microsoft” “selfi" üçün smartfonlarını təqdim edib
"Microsoft" şirkəti yüksək təsvir ölçülü kameraları ilə seçilən "Lumia 730 Dual SIM", "735" və "830" smartfonlarını nümayiş etdirib.
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "Lumia 735" və "Lumia 730 Dual SIM" modelləri texniki xarakteristikalarına görə oxşardırlar. "Lumia 730 Dual SIM" smartfonu eyni zamanda iki, "735" isə yalnız bir SİM kart dəstəkləyir, sonuncu həm də LTE diapazonda işləyir. Aparatlar HD təsvir ölçülü 4,7 düymlük ekrana malikdir. Hər iki smartfon 5 meqapiksellik ön kamera ilə təchiz edilib. İstehsalçı bildirir ki, nəticədə keyfiyyətli "selfi" etmək və "Skype" internet telefoniya xidməti ilə ünsiyyət zamanı yüksək təsvir ölçülü video əks edilməsi mümkün olacaq. Şəkil və fayllar "Microsoft"un "OneDrive" "bulud" saxlancında saxlanıla bilər.
"Lumia 830" smartfonu HD (1280x720 nöqtə) təsvir ölçülü 5 düymlük ekrana malikdir. Qurğu 1.2 QHs takt tezlikli dördnüvəli "Snapdragon 400" prosessoru ilə təchiz edilib, həmçinin 10 meqapiksellik əsas kameraya malikdir, obyektivi optik sabitləşməni dəstəkləyir ki, bu da çəkilmiş şəkillərin keyfiyyətini nəzəri cəhətdən yaxşılaşdırır. Həmçinin şəkillərin yaxşı alınması üçün "PureView" texnologiyası dəstəklənir. Aparat "LTE" şəbəkədə işləyir.
Elan edilmiş aparatlar "Windows 8.1" sistemi ilə işləyir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL