“Samsung” təhlükəsiz “Galaxy Tab Active” planşetini təqdim edib
"Samsung" şirkəti "IFA 2014" sərgisində biznes müştərilər üçün təhlükəsiz "Galaxy Tab Active" planşetini nümayiş etdirib.
Qurğu "IP67" standartına uyğun hazırlanıb və 1,2 metr hündürlükdən yerə düşdükdə zədələnmir. Aparat 1280×800 piksel təsvir ölçülü 8 düymlük ekran, 1.2 QHs takt tezlikli dördnüvəli çip, 1,5 QB əməli və 16 QB daxili yaddaş və "microSD" slotu ilə təchiz edilib.
"ICTnews" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, "Galaxy Tab Active", həmçinin 3,1 meqapiksellik əsas və 1,2 meqapiksellik ön kameralarla təchiz edilib. "C-Pen" dəstəyi var, çıxarıla bilinən batareyanın tutumu 4450 milliamper/saat təşkil edir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL