waplog

CƏNAB KUK – O, Stiv Cobsun tam əksidir


Gözlənilən hadisə baş verdi. “Apple” şirkətinin əsas icraçı direktoru və əsas ruhlandırıcısı Stiv Cobs öz postunu tərk etdi.

56 yaşlı Cobs komandada qaldı, lakin onun CEO postundakı yerini bundan sonra əməliyyat üzrə keçmiş direktor Tim Kuk tutacaq. O, şirkət banisindən 6 il cavandır.

“Apple” rəsmi məlumatına və Cobsun açıq məktubuna əsaslanaraq, o, özü Kukun namizədliyini təklif edib.

CƏNAB KUK KİMDİR?

Tim Kuk 1960-cı ildə Amerikanın Alabama ştatında doğulub. Atası Gəmiqayırma zavodunda çalışmış, anası isə evdar qadın olub.

1982-ci ildə "İstehsalın təşkili" ixsisası üzrə Obern Universitetini bitirib, 6 il sonra isə Dyüks Universiteti nəzdindəki biznes məktəbində işgüzar inzibatçılıq üzrə magistr təhsili alıb.

Kuk “Apple” şirkətinə 1998-ci ildə qlobal əməliyyatlar üzrə vitse-prezident kimi qoşulub.

Karyera nərdivanı üzrə hərəkət edən Kuk “Apple” şirkətinin dünya bazarındakı fəaliyyəti (qlobal satışlar, xidmət və texniki dəstəyin göstərilməsi) üçün məsuliyyət daşıyırdı. O, 2007-ci ildən bu günə qədər şirkətin əməliyyatlar üzrə əsas direktoru kimi fəaliyyət göstərib.

Tim Kukun “Apple” şirkətindəki fəaliyyəti

Maddi-texniki təminat üzrə ekspert olan Kuk şirkətin ən əlverişli sazişlərə nail olmasına müvəffəq olub. Tim daha yüksək gəlir əldə etmək və bazarda rəqabət aparmaq üçün uğurlu işlərə imza atıb.

Bu işin nəticələrini əyani şəkildə görmək mümkündür. Məsələn, indiyə qədər satışda “iPad” planşeti ilə qiymət-keyfiyyət nisbətində rəqabət aparan heç bir planşet yoxdur.

“The New-York Times” yazır ki, Tim Kuk Cobsun tam əksidir. Əgər Cobs hər an coşmağa hazır olan xarakterlə bir yerdə qərar tutmayan adamdırsa, Kuk sakit, ədəbli və nəzakətli insandır.

"Cobsda ən əhəmiyyətli xüsusiyyət onun dahiliyi və ya xarizması deyil, onun fövqəladə risk etmək qabiliyyətidir” - "Stiv Cobsun ikinci gəlişi" bioqrafik kitabının müəllifi Alan Doiçman belə hesab edir.

“Cobs Amerika biznesində olduqca nadir hallarda təsadüf edilən həddən artıq riskli qərarlar qəbul etməkdən qorxmurdu. Sözsüz ki, belə idarəetmə tərzi onun xarakterinin nəticəsidir. Tim Kukun xarakteri isə onun əksidir”- deyə müəllif qeyd edir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL