“Lenovo” yeni cihazlarını nümayiş etdirib
"Lenovo" şirkəti "IFA 2014" sərgisində "VibeX2" və "VibeZ2" smartfonlarını nümayiş etdirib. "VibeX2" modeli çoxqatlı korpus dizaynına malik dünyanın ilk smartfonudur.
Qurğunun qalınlığı 7,2 mm, çəkisi isə 120 qr təşkil edir. Aparat Full HD formatlı 5 düymlük ekran, səkkiznüvəli "MediaTek" çipi, həmçinin 13 meqapiksel əsas kamera və 5 meqapiksellik genişbucaqlı ön kamera təqdim edib.
"ICTnews" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, "VibeZ2" smartfonu 7,8 mm qalınlığında korpus, HD təsvir ölçülü 5,5 düymlük ekranla təchiz edilib və 600 nit parlaqlığa malikdir. Qurğu 1,2 QHs takt tezlikli 64 bitlik "Qualcomm Snapdragon" prosessoru ilə təchiz olunub. Akkumulyatorun tutumu 3000 milliamper/saat, daxili yaddaş 32 QB təşkil edir. Aparat iki SİM kart dəstəkləyir. Cihaz 13 meqapiksellik əsas və 8 meqapiksellik ön kameralarla təchiz edilib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL