waplog

Yer qabığı dinamikasını öyrənmək məqsədi ilə yüksək dəqiqlikli GPS ölçü məlumatlarının emalı müzakirə olunacaq


Sentyabrın 8-də saat 11:00-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda (GGİ) "Yer qabığı dinamikasını öyrənmək məqsədi ilə yüksək dəqiqlikli GPS ölçü məlumatlarının GAMIT/GLOBK emalı" adlı beynəlxalq seminarın açılışı olacaq.
 
AMEA Yer Elmləri Bölməsi və  ABŞ-ın Massaçusets Texnologiyalar İnstitutunun (MTİ) birgə təşkil etdiyi, Rusiya, Türkiyə və Gürcüstan alimlərinin də qatıldığı tədbirdə Azərbaycan və qonşu ərazilərin geodinamik şəraiti müzakirə ediləcək.
 
AMEA Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, tədbirə KİV dəvət olunur.
 
 
Həqiqət İSABALAYEVA
 
 
 
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL