10 ayda 21807 zəng və mesaj
“The Guardian” nəşri yazır ki, Fransanın adı gizli saxlanılan vətəndaşı öz keçmiş sevgilisini telefonla təqib etdiyinə görə 10 ay müddətinə həbs cəzasına və 1000 avro məbləğində cərimə ödənilməsinə məhkum olunub.
“ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, məlumata əsasən, cütlüyün münasibətləri 2011-ci ildə bitib. Bundan sonra 33 yaşlı fransalı sürəkli depressiyadan xilas olmaq üçün xəstəxanada yatıb. O zaman fransalı onların birgə yaşadığı mənzilin təmirinə görə sevgilisindən pul kompensasiyası və ya şifahi minnətdarlıq eşitmək istəyib. "Təşəkkür" eşitmək və ya məbləği almaq üçün fransalı keçmiş sevgilisinə 10 ay müddətində gündə təxminən 73 dəfə zəng edib. Keçmiş sevgilisi onun nömrəsini blokladıqdan sonra fransalı qızın valideynləri və iş yoldaşlarına zəng etməyə başlayıb. Bu dövrdə fransalı ümumilikdə 21807 zəng edib və SMS mesaj yazıb.
Nəhayət, keçmiş cütlük görüşdükdən sonra təqibə son qoyulub. Görüş zamanı qız fransalıya təşəkkür edib. O andan etubarən onlar görüşməyiblər və fransalı daha zəng etmir. Fransalı 10 aylıq həbs cəzasının artıq 6 ayını çəkib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL