“Elektron hökumət” portalına ekologiya və təbii sərvətlərə dair yeni e-xidmətlər əlavə edilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 yeni elektron xidməti “Elektron hökumət” portalı üzərindən ictimaiyyətin istifadəsinə verilib.
Bu e-xidmətlərə “Milli parklara onlayn bilet satışı”, “Ətraf mühit və təbii sərvətlərlə bağlı məlumatın verilməsi”, “Meşə məhsulları və dərman bitkilərinin onlayn satışı” və “Cərimə, ziyan və ödəmələrin internet vasitəsi ilə ödənilməsi” daxildir.
Birinci qeyd etdiyimiz xidmət milli parklara onlayn bilet satışı qaydasını nəzərdə tutur.
“Ətraf mühit və təbii sərvətlərlə bağlı məlumatın verilməsi” xidməti ətraf mühit və təbii sərvətlərlə bağlı məlumatların verilməsi üçün müraciətin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsindən və nəticəsi barədə istifadəçiyə məlumat verilməsindən ibarətdir.
“Meşə məhsulları və dərman bitkilərinin onlayn satışı” xidməti meşə məhsulları və dərman bitkilərinin elektron satışı üçün müraciətin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsi və nəticəsi barədə istifadəçiyə məlumat verilməsi prosedurunu əhatə edir.
Sonuncu xidmətin göstərilməsi nəticəsində isə istifadəçi cərimə, ziyan və ödəmələri internet vasitəsi ilə elektron qaydada ödəyir.
Qeyd edək ki, artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Elektron hökumət” portalında təqdim olunan elektron xidmətlərinin sayı 18-ə çatdırılıb.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL