Alimlər “düşüncənin gücü” ilə mesaj göndərməyə nail olublar
Alimlər “düşüncənin gücü” və az sayda texnikadan istifadə edərək ilk dəfə Hindistandan Fransaya mesaj ötürməyə nail olublar.
Beyin dalğalarının "oxunması" texnologiyası yeni inkişaf pilləsinə qədəm qoyub. Hindistanlı alim mesajı “düşüncənin gücü” ilə Fransadakı həmkarına göndərib. “Daily Mail” nəşri yazır ki, bu, ilk belə hadisədir ki, insanlar demək olar ki, beyindən beyinə informasiya mübadiləsi ediblər.
“ICTnews" elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, layihənin müəllifləri, həmçinin iddia edirlər ki, yaxın gələcəkdə insan beyni asanlıqla kompüterlərlə əlaqəyə girəcək.
Beyin dalğalarının "oxunması" texnologiyası “Axilum Robotics”, “Starlab Barcelona” şirkətləri, Barselona Universiteti və Harvard Tibb Məktəbi tərəfindən əməkdaşlıq çərçivəsində hazırlanıb.
Beyin dalğalarının sözügedən texnologiyası adi kompüter simulyatorlarından başlayaraq “düşüncənin gücü" ilə hərbi texnikanın idarə etməsinədək ən müxtəlif sahələrdə aktiv istifadə olunur.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL