waplog

ABŞ tikinti işçiləri üçün “ağıllı” şlem nümayiş etdirib


ABŞ-ın “DAQRI” şirkəti “Android” əməliyyat sistemi ilə işləyən artırılmış reallıq şlemini nümayiş etdirib. Qurğu yüksək dəqiqlikli datçiklər dəsti, kamera, çıxarılan şüşə (vizor) ilə təchiz edilib. “Ağıllı” şlem tikinti və ya başqa yerlərdə çalışan işçilər üçün nəzərdə tutulub.
 
“ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, şlem “Hardhat 2.0” adlanır, “ağıllı” saat və ya smartfonla işləyə bilər. Artırılmış reallıq effekti yaradan vizorlar istifadəçiyə lazımi informasiyanı əldə etmək lazım olmayana kimi gizlədilir.
 
Qurğunun növbəti ay satışa çıxarılacağı gözlənilir, amma onun qiyməti elan edilməyib.
 
Emil Hüseynov
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL