Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin elektron xidmətlərindən bir ay ərzində 90 min dəfədən çox istifadə olunub
Avqust ayında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Elektron hökumət” portalı vasitəsilə göstərilən elektron xidmətlərindən istifadə sayı 90404 ədəd təşkil edib.
Bu müddətdə RYTN-in e-xidmətləri arasında ən çox - 65161 dəfə “Telefon nömrəsi üzrə axtarış” xidmətindən istifadə olunub.
Bununla yanaşı, vətəndaşların rabitə və yüksək texnologiyalar sahəsi üzrə ən çox yararlandığı xidmətlər sırasında “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi” (13249), “E-İmza - Operator üçün menyu” (3869), “Mobil cihazların qeydiyyatdan keçirilməsi” (1218) və “Mobil cihazların IMEI kodunun yoxlanılması” (760) e-xidmətləri yer alıb.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL