Bütün respublikanı əhatə edəcək məlumat bazası yaradılacaq
Polşa ilə Azərbaycan arasında kənd təsərrüfatı və suvarma sahələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və İKT-nin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Polşa Respublikasının Texnoloji-Təbiətşünaslıq İnstitutu ilə AMEA Eroziya və Suvarma İnstitutu arasında əməkdaşlıq əlaqələri 2008-ci ildən davam etdirilir. Bu çərçivədə əldə olunmuş nəticələrin yerli mütəxəssis və fermerlərə çatdırılması məqsədilə Eroziya və Suvarma İnstitutunun Şamaxı Təcrübə Bazasında və Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında, eləcə də Tərtər Regional Aqrar Elm Mərkəzində seminarlar keçirilib. Seminarların məqsədi müasir texnologiyalardan fermer təsərrüfatlarında, yerli, regional və administrativ səviyyədə istifadə imkanları haqqında iştirakçılara məlumat vermək olub.
Sözügedən tədbirlərdə Coğrafi İnformasiya Sistemlərindən (GİS) istifadə etməklə kənd təsərrüfatı əraziləri üçün məlumatlar bazasının işlənib hazırlanması metodikası aşılanıb. Həmçinin Azərbaycanın şimal və şimal-qərb rayonları üçün yaradılmış xəritələr və onların məlumatlar bazası haqqında informasiyanın fermerlərin diqqətinə çatdırılması, gələcəkdə bu xəritələrdən regional səviyyədə istifadə imkanları barədə fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, gələcəkdə bütün respublikanı əhatə edə biləcək məlumatlar bazasının yaradılması planlaşdırılır. Layihə çərçivəsində üç dildə (Azərbaycan, polyak, ingilis dillərində) veb səhifə də hazırlanacaq. Burada əməkdaşlıq, yerinə yetirilən işlər barədə məlumatların, həmçinin fotoşəkillərin yerləşdirilməsi nəzərdə tutulub.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL