“Aztelekom" İB-nin əməkdaşı Xırdalanda baş vermiş partlayışda xəsarət alıb
Məlum olduğu kimi, bu gün səhər Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, həmçinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları hadisə yerinə cəlb olunub. Hazırda xilasedicilər tərəfindən xilas edilən 9 nəfər müxtəlif xəstəxanalara yerləşdirilib.
Xəsarət alanlar arasında “Aztelekom" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi Vidadi İsmayılovun ailəsi də var. Hazırda Vidadi İsmayılov və onun oğlu Respublika Yanıq mərkəzində müalicə alır.
Onun həyat yoldaşı və digər iki övladı isə Klinik xəstəxanadadır. Respublika Yanıq Mərkəzinin baş həkimi Vüqar Ələkbərovun “ICTnews” elektron xəbər xidmətinə verdiyi məlumata görə, 42 yaşlı Vidadi İsmayılovun bədəninin 90 faizi, eyni zamanda tənəffüs yolları tamamilə yanıb. O, hazırda reanimasiyadadır, vəziyyəti ağırdır.
“Onun 13 yaşlı oğlu Yunis İsmayılov hər iki ətrafın yanığı diaqnozu ilə xəstəxanaya daxil olub. Bədəninin 30 faizi yanan Yunis artıq palataya yerləşdirilib”. İsmayılovlar ailəsinin daha 3 üzvü hadisə nəticəsində xəsarət alıb. “Ailədə olan 5 nəfərin hamısı xəsarət alıb. Vəziyyətləri ağırdır. Kimisi yanıb, kimisi əzilib”. Bu barədə Vidadi İsmayılovun qardaşı məlumat verib.
Qeyd edək ki, Vidadi İsmayılov 1-ci Qarabağ müharibəsinin iştirakçısı olub.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL