waplog

10 il sonra "ağıllı" ev internetə qoşulmuş 500-dən çox cihaza xidmət göstərəcək



Müxtəlif məişət texnikasının lokal və ya qlobal şəbəkəsinə qoşulmasını nəzərdə tutan "əşyaların interneti" bazarı inkişaf edir. Yaxın on ildə bu bazar son dərəcə yüksək inkişaf edəcək, amma müəyyən çətinlikləri həll etmək lazımdır.
 
"Gartner" analitiklərinin proqnozuna görə, 2020-2025-ci illərdə müxtəlif cihazların qarşılıqlı əlaqəsi nəticəsində "ağıllı" hesab olunan hər bir evdə bir şəbəkə ilə birləşdirilmiş qurğuların sayı 500-ü ötəcək. Bura işıqlandırma sistemləri, musiqi və əyləncə texnikası, hər cür monitorinq datçikləri və təhlükəsizlik cihazları aiddir. Ekspertlərin tədqiqatına əsasən, adı çəkilən avadanlıqlar bəzi evlərdə istifadə olunur, gələcəkdə ev avtomatlaşdırmasına qeyri-adi əşyalar daxil ediləcək.
 
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Əşyaların interneti" layihəsini bir çox böyük elektronika istehsalçıları dəstəkləyir. "Gartner"in analitikləri bildirir ki, "Apple" bu yaxın günlərdə "Home Kit" platformasını dəstəkləyən yeni "iOS 8" əməliyyat sisteminin istifadəsinə hazırlaşır.
 
Analitiklər hesab edirlər ki, ev avtomatlaşdırma bazarı üçün maliyyə məsələsi problem olmayacaq, çünki datçik və müxtəlif növ uzaqdan idarəetmə sisteminin qiyməti təxminən 1 dollar təşkil edəcək. Əsas çətinlik ondan ibarətdir ki, televizor və ya soyuducu daxil olmaqla, bir çox ev texnikası tez-tez yenilənmir, buna görə ilkin mərhələdə "ağıllı" cihazlara keçid prosesi zəif olacaq.
 
Xeyli sayda cihazın bir şəbəkəyə birləşməsi simsiz kommunikasiyanın köməyi ilə ötürülən bütün məlumatları izləmək imkanını çətinləşdirəcək. Tədqiqatçılar bildiriblər ki, bu isə öz növbəsində, informasiya təhlükəsizliyi problemini yaradacaq və "ağıllı" məhsul istehsalçıları bu problemi həll etməli olacaqlar.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL