Hollandiyada robot quş ixtira edilib
Tvente Universitetində robot quş ixtira edilib. Qurğu quşların, məsələn, aeroportda dəstə halında toplanılması probleminin həllinə imkan verəcək.
"ICTnews" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, robot quş həm əllə işə salınma, həm də avtomatik rejimdə tətbiq edilə bilər.
Qurğu artıq Tventedə yerləşən zibillikdə sınaqdan keçirilib. Adətən orada çoxlu qağayı olur. Robot quşlar ərazini nəzarətə götürdükdən bir neçə gün sonra qağayıların sayı xeyli azalıb.
Universitet 2015-ci ildə yeni texnologiyanı kiçik ferma və aeroportlarda sınaqdan keçirməyi planlaşdırır və robot quşlar öz effektivliyini sübut etdiyi halda, o zaman onların kommersiya istifadəsi mümkün olacaq.
Quşların dəstə halında toplanılması problemi Hollandiyada çoxdan mövcuddur. Amsterdamda beynəlxalq Sxipxol aeroportunun ətrafında ördək toplusu müşahidə olunur ki, bu da təyyarələr üçün təhlükə yaradır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL