waplog

KXDR-də fəaliyyət göstərən diplomatik missiyalara simsiz rabitədən istifadə qadağan edilib


Koreya Xalq Demokratik Respublikasının (KXDR) hakimiyyəti ölkədə fəaliyyət göstərən xarici diplomatik missiyalara və beynəlxalq humanitar təşkilatlara simsiz rabitə növlərindən, o cümlədən peyk rabitəsi və “Wi-Fi” texnologiyasından istifadəni qadağan edib.
 
Milli Radiodalğalara Nəzarət İdarəsinin məlumatına görə, qərar ölkənin təhlükəsizliyinin təmini üçün qəbul edilib.  
 
Sənəddə rəsmi icazə olmadan quraşdırılan bu növ rabitə sistemlərinin işinin dayandırılması tələbi yer alıb. Göstərişə əməl olunmayacağı təqdirdə öhdəlikdən asılı olaraq böyük məbləğdə pul cəriməsi, sistemlərin məcburi fəaliyyətinin dayandırılması və ya onlar üçün avadanlıqların müsadirəsi nəzərdə tutulur.
 
Məlumatda bildirilir ki, gələcəkdə xarici nümayəndəliklər tərəfindən simsiz və peyk sistemlərinin quraşdırılması yerli hakimiyyət orqanları ilə ölkədə radiotezlik spektri haqqında qüvvədə olan milli qanuna uyğun razılaşdırılaraq həyata keçirilməlidir. KXDR hökumətinin nümayəndələri ümid edirlər ki, burada fəaliyyət göstərən idarələr ölkənin təhlükəsizliyinin təmini üçün qəbul edilən qərarın yerinə yetirilməsinə müsbət töhfə verəcəklər, - “İTAR-TASS” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL