waplog

İspaniya polisi cinayətkarlıqla mübarizə üçün sosial şəbəkələrdən istifadə edir


İspaniya polisi cinayətkarlıqla mübarizə üçün sosial şəbəkələrdən istifadə etməyə başlayıb. Belə ki, hazırda İspaniyada "Twitter" mikrobloqlar şəbəkəsinin köməyi ilə "#alert" heşteqindən istifadə etməklə cinayətkarlar ələ keçirilir. Beləliklə, cinayətkar barədə informasiya əhali arasında sürətlə yayılır ki, bu da tezliklə onun ələ keçirilməsinə xidmət edir. Bu barədə "The New York Times" nəşri məlumat verib.
 
Milli polis şöbəsi hələ bir neçə ay əvvəl xüsusi xidmətləri müxtəlif fövqəladə hallar – texnogen xarakterli fəlakətlər, təbii kataklizmlər, böyük qəzalar və digər ciddi hadisələr barədə məlumatlandırmaq məqsədilə mütəmadi "Twitter"dən istifadə etmək qərarına gəlib. Əvvəlcədən sosial şəbəkədən konkret olaraq fövqəladə hallara çevik reaksiya xidmətlərinin məqsədləri üçün istifadə olunub. Lakin indi "Twitter"dən İspaniya qanun keşikçiləri daha geniş yararlanacaq. Kataklizm və cinayətlər haqqında informasiya ilə yanaşı, polis "Twitter"də vətəndaşların şəxsi təhlükəsizliyinin təmini ilə bağlı müxtəlif məsləhət və tövsiyələr dərc edir.
 
İspaniya polisinin "@policia" akkauntu hüquq-mühafizə orqanlarına məxsus akkauntlar arasında ən populyarıdır. Belə ki, əhalisi 47 milyon təşkil edən ölkənin bir milyonu bu akkauntun abunəçisidir. İspaniya abunəçilərini yalnız ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) akkauntu geridə qoyur.
 
Cənubi Amerika və dünyanın bir sıra ölkələrinin polisləri bu yaxınlarda İspaniyada səfərdə olaraq həmkarlarından internet strategiyası ilə bağlı təcrübəni öyrəniblər. Bu ay isə Nyu-York polis şöbəsi zabit heyətinin "Twitter"dən istifadə üzrə kurs keçməsini, eləcə də təhqiqatlar barədə informasiyanı sosial şəbəkədə necə vermək üsulunu öyrənməsini bəyan edib , - "Rossiyskaya qazeta www.rg.ru" yazır.    
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL