waplog

2016-cı ildə Cənub-Şərqi Asiya ölkələrində mobil rabitə abunəçilərinin sayı 744,4 milyona çatacaq


2016-cı ildə Cənub-Şərqi Asiya ölkələrində mobil rabitə xidməti abunəçilərinin ümumi sayı 744,4 milyon təşkil edəcək. Bunun 53,1 faizi “3G”, 39,9 faizi “2G”, 7 faizi “4G” şəbəkəsindən istifadə edəcək. Bu barədə “Digitimes Research” analitik şirkətinin məlumatında deyilir. 
 
Artıq 2013-cü ildə Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) on ölkəsinin səkkizində mobil rabitə abunəçilərinin sıxlığı (abunəçi sayının əhali sayına faizdə nisbəti) 100 faizi ötüb. Burada birinci yeri 145 faizlik göstərici ilə Malayziya tutur. Malayziyanın “Maxis”, “Celcom”, “DiGi” və “Umobile” kimi nəhəng telekommunikasiya operatorları “4G” rabitə şəbəkəsini dəstəkləyən tarif planlarını təqdim edərək ikinci nəsil mobil rabitə (2G) istifadəçilərini “3G” və “4G” texnologiyalarına keçidə sövq edir. Lakin hazırda “4G” rabitəsini seçən Malayziya abunəçilərinin sayı mobil rabitə istifadəçilərinin ümumi sayının 10 faizindən çox deyil.
 
Bununla yanaşı, Filippin və İndoneziyanın telekommunikasiya operatorlarının istifadəçi bazası artmaqda davam edir. Xüsusilə yüksək rəqabət hazırda çoxsaylı operatorların fəaliyyət göstərdiyi İndoneziya bazarında müşahidə olunur. Bununla belə, bu bazarlarda yaranmış inkişaf şəraiti ona gətirib çıxarıb ki, operatorlar şəbəkələrin modernləşdirilməsinə maraq göstərmir, - "www.it-weekly.ru” yazır.
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL