Çində insan sifətini 99,8 faizlik dəqiqliklə müəyyənləşdirən sistem hazırlanıb
Çin alimləri tərəfindən lazımi adamı insan axınında 91 müxtəlif rakursdan 99,8 faiz dəqiqliklə müəyyən edən sifətin tanınması sistemi hazırlanıb. Proqram identik əkizlər arasında fərqi tapa, qrimlənmiş üzləri tanıya, eləcə də qalın geyimə bürünmüş adamı identifikasiya edə bilir. Bu barədə "cnblogs.com” portalı Çin Akademiyasının tədqiqatçısı Çjou Siyə istinadən məlumat verib.
Ç.Sinin sözlərinə görə, alimlər tərəfindən hazırlanan sistem artıq növbəti ildə planşetlər üçün əlavə şəklində satışa çıxarılacaq. Tədqiqatçı qeyd edib ki, texnologiya təkcə üzü 100 faizlik dəqiqliklə tanımır, həm də bunu çox tez edir.
Hazırda yalnız Çində istifadə olunan texnologiya artıq Karnegi-Mellon Universitetinin dünya standartları reytinqində liderdir. Qeyd edək ki, sifətin dəqiqliklə tanınmasında əvvəlki rekord 97,6 faiz səviyyəsində olub.
Proqram İllinoys Universiteti və Sinqapur Milli Universitetinin dəstəyi ilə 50 milyon çinlinin sifətinin yer aldığı məlumat bazasında yararlanıb, - “SecurityLab” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL