“Nar Mobile” mobil operatorunun elan etdiyi fotomüsabiqə başa çatdı
Valideynlərin, baba və nənələrin gündəlik həyatına dair
ən maraqlı fotokadrların müəllifləri mobil operator tərəfindən mükafatlandırıldı
“Nar Mobile” mobil operatoru bu il Ramazan Bayramı ərəfəsində maraqlı bir müsabiqə keçirirdi. Gənclərin diqqətini Azərbaycanın zəngin tarix və mədəniyyətinə, xalqımızın milli irsi və adət-ənənələrinə cəlb etmək məqsədi daşıyan fotomüsabiqənin əsas ideyası çağdaş dünyada ailə dəyərlərinin əhəmiyyətini vurğulamaq, ahıl yaşlarının gözəlliyini qabartmaq və nəsillərarası əlaqəni xatırlatmaqdan ibarət idi. Belə ki, müsabiqəyə valideynlərin, baba və nənələrin gündəlik həyatını əks etdirən müəllif fotoşəkilləri təqdim edilirdi.
2014-cü ilin iyul ayı ərzində “Nar Mobile” mobil operatorunun “Facebook”, “Twitter”, və “İnstagram” sosial şəbəkələrindəki rəsmi səhifələrinə göndərilən fotoşəkillər avqust ayında tanınmış simalardan ibarət münsiflər heyəti tərəfindən dəyərləndirildi. Münsiflər heyəti Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev, teleaparıcı Nərgiz Cəlilova, fotoqraf Sitarə İbrahimova, rəssam İrina Eldarova və “Azerfon” şirkətinin İctimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Nigar Arpadaraidən ibarət idi. Sentyabr ayının 9-da keçirilən mükafatlandırma mərasimində 1-ci yerin qalibi olan Ruslan Məmmədov “iPhone 5S”, 2-ci və 3-cü yerə layiq görülən iştirakçılar “Samsung” mini-tablet, Nar-modem və 12 aylıq pulsuz İnternetlə mükafatlandırıldılar.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL