“Local Motors” şirkəti 3D-printerdə ilk elektrik avtomobilini çap edir
Avtomobillərin qiyməti dəstindən asılı olaraq 18-30 min dollar təşkil edəcək.
“The Wall Street Journal” yazır ki, ABŞ-ın “Local Motors” şirkəti Beynəlxalq istehsal texnologiyaları şousu çərçivəsində 3D printerdə elektrik avtomobili yaratmaq niyyətindədir. Beləliklə, şirkət üçölçülü modellərin çapının kütləvi istifadə üçün çox uzunmüddətli və bahalı olduğunu iddia edən tənqidçilərə cavab vermək niyyətindədir.
“ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, istehsal prosesinə bazar günü başlanılıb və cümə axşamı başa çatmalıdır. Bu müddətdə “Local Motors” akkumulyatorla işləyən “Strati” adlı ikinəfərlik avtomobil yaratmalıdır. Avtomobilin istehsalında karbon lifi ilə bərkidilmiş qara plastikdən istifadə ediləcək. Motor, oturacaqlar, təkərlər, pəncərələr ənənəvi üsulla hazırlanacaq. Maşında 47 hissə olacaq.
Avtomobil saatda 40 mil sürətlə hərəkət edəcək, akkumulyatorun şarjı 120-150 mil yürüşə hesablanıb. Şirkət bir neçə ay sonra “Strati” elektrik avtomobillərinin satışlarına başlamağı nəzərdə tutub.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL