ABŞ şirkəti 48 milyonluq “iPhone 6” smartfonunu təklif edir
ABŞ-ın “Falcon” şirkəti 5,5 düymlük ekranla təchiz edilmiş “Apple”ın yeni smartfonuna sifarişlərin qəbuluna başlayıb: aparatın ən ucuz versiyasının qiyməti 1,65 milyon dollar təşkil edir. Əlavə 50 min dollar ödəməklə “Bugatti Veyron” satın almaq olar.
Bundan başqa, belə smartfon sahibi ömürlük zəmanət, istifadəçi təlimatı, xüsusi sertifikat və smartfon üçün standart aksessuarlar dəstinə sahiblənir.
“ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Falcon” şirkətinin ən bahalı təklifi qiymətli metaldan (platin, çəhrayı qızıl və ya 24 karatlıq qızıl) və çəhrayı brilyantdan hazırlanmış korpusa malik “iPhone 6” smartfonudur, onun qiyməti 48,5 milyon dollar təşkil edəcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL