“Arianespace” peyklərin kommersiya buraxılışı bazarının lideri olub
Avropanın “Arianespace” şirkəti dünya aparatlarının geostasionar orbitə kommersiya buraxılışı bazarının 60 faizinə sahib çıxıb. Bu barədə şirkət tərəfindən dörd peykin buraxılışına dair saziş imzalanandan sonra məlum olub.
Hazırda şirkət daha iki sazişin imzalanması üçün danışıqlar aparır. Danışıqlar uğurlu olacağı halda 2014-cü ildə imzalanan sazişlərin ümumi sayı 13-ə çatacaq ki, bu da "Arianespace”in kommersiya buraxılışları bazarında liderliyini təsdiq edəcək.
Avropa şirkəti uğuru barədə sentyabrın 8-dən 12-dək Parisdə keçiriləcək “World Satellite Business Week 2014” konfransında bəyan edib. “Arianespace” şirkəti “Intelsat” (onun üçün Intelsat 36 peykini buraxacaq), “Sky Perfect JSAT” (JCSat-15), “Korea Telekom” (KoreaSat-7) və “Avanti Communications” (Hylas-4) şirkətləri ilə saziş imzalayıb.
Saziş geostasionar orbitə kiçik aparatların (start anında kütləsi 3,3-3,5 kiloqramadək) çıxarılmasını nəzərdə tutur. “Arianespace” peykləri Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan buraxmağı planlaşdırır. Şirkət ümumilikdə 29 sifarişçiyə xidmət göstərməklə “Ariane-5” raketdaşıyıcısı ilə 38 peyk buraxılışı həyata keçirəcək. İl ərzində bütün buraxılışların dəyəri 4,5 milyard avro təşkil edir.
Əsas rəqiblərinin "SpaceX” və “Roskosmos” şirkətlərinin olduğu “Arianespace” dünyanın süni Yerətrafı peyklərinin kommersiya buraxılışını həyata keçirən qocaman şirkətlərindəndir. Şirkət 21 səhmdar və Avropa Kosmik Agentliyinin dəstəyi ilə yaradılıb, - " www.lenta.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL