waplog

Serbiya Azərbaycanla İKT sahəsində də əməkdaşlıq etmək niyyətindədir


“Serbiya tərəfi üçün tikinti, informasiya və kommunikasiya texnologiyaları, tibbi ləvazimatlar və dərmanlar, ərzaq, turizm və digər sahələrdə istifadə edilməmiş böyük imkan xeyli maraq doğurur”.

Bu fikirləri Serbiya Baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiç Azərbaycana səfəri ərəfəsində “Trend”ə verdiyi müsahibəsində  səsləndirib.

Serbiya rəsmisi qeyd edib ki, biz Azərbaycan investisiyalarının, xüsusilə, enerji və infrastruktur sahələrinə yatırılmasında çox maraqlıyıq. Həmin sahələrdə artıq birgə layihələr mövcuddur və onlar uğurlu əməkdaşlığın nümunəsi ola bilər. Azərbaycandan olan investorlar üçün ən sərfəli şərait yaradılacaq.  
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL