2016-cı ilədək daşınan elektronika bazarının həcmi üç dəfə artacaq
“Juniper Research” tədqiqat şirkəti inkişaf etməkdə olan daşınan elektronika bazarı üzrə hesabat hazırlayıb. Analitiklər “Watch” modelinin nümayişinədək qiymətləndirmə ediblər.
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlərin proqnozlarına görə, 2016-cı ilədək cari illə müqayisədə daşınan cihazların satılmasından əldə olunan pərakəndə gəlir üç dəfə artacaq. Mütəxəssislər bildiriblər ki, üç il sonra sözügedən bazarın həcminin nail olacağı mütləq qiyməti açıqlayıblar.
“Juniper Research” "ağıllı" elektronika bazarının əsas artım drayveri kimi bahalı smart saat modelləri və eynəyi qeyd edib.
Analitiklər bildiriblər ki, istehlakçılar hələ daşınan qurğuları satın almağa əmin deyillər, çünki bu qurğuların funksionallığına şübhə ilə yanaşırlar. Bu baxımdan istehsalçılar öz məhsullarının güclü tərəfləri barədə fikirləşərək yeni texnologiyalar haqqında deyil, istehlakçı nöqteyi-nəzərindən fayda və rahatlıq haqda düşünməlidirlər.
Ekspertlər əmindirlər ki, ilkin mərhələdə "ağıllı" cihazlar bazarının inkişafı istehlakçılardan deyil, korporativ istifadəçilər və səhiyyə sektorlarından asılı olacaq.
Hesabata əsasən, 2017-ci ilədək smart saatlar daşınan elektronika sənayesinin ən populyar seqmenti olacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL