waplog

Məlumat saxlama sistemləri üçün qlobal proqram təminatı bazarında artım qeydə alınıb


2014-cü ilin ikinci rübünün nəticəsinə görə, analitiklər məlumat saxlama sistemləri üçün qlobal proqram təminatı bazarında gəlir artımı qeydə alıblar. “IDC” tədqiqat şirkətinin məlumatına əsasən, aprel-iyun aylarında satış həcmi illik hesablama üzrə 6,3 faiz artaraq 3,8 milyard ABŞ dolları təşkil edib.
 
Şirkətlər nöqteyi-nəzərindən qüvvələr nisbəti əvvəlki kimidir: “EMC”, “IBM” və “Symantec” şirkətləri məlumat saxlama sistemləri üçün ən böyük proqram həlləri tədarükçüsüdür.
 
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, tədqiqata əsasən, informasiyanın mühafizəsi və bərpası üçün proqram təminatının satış həcmi ötən illə müqayisədə 10,2 faiz artaraq 1,45 milyard ABŞ dolları təşkil edib.
 
“IDC”-nin məlumat saxlama sistemləri üçün proqram təminatı sahəsində tədqiqatlar üzrə direktoru Erik Şeppard nəticələri şərh edərək bildirib ki, sub-sektorların əksəriyyətində irəliləmə müşahidə olunub. Analitiklər bildiriblər ki, məlumatların mühafizəsi və bərpası üçün proqram təminatı daha tələbatlı olub.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL