waplog

Prosessorlar bazarında inqilab olacaq


“ARM” prosessorları “x86” arxitekturası üçün ciddi təhlükədir. “İC İnsights” analitik şirkətindən ekspertlər əmindirlər ki, bu prosessorlar yaxın gələcəkdə fərdi kompyuterlər, stolüstü sistemlər və server bazarlarına “hücum” edə bilər.

2010-cu ildə çıxarılan planşetlərin 90%-i “ARM” prosessorlara əsaslanır. Bu göstərici 2011-ci ildə saxlanılacaq, yalnız “iPad” və onun davamçılarının istehsal həcmi 3 dəfədən çox artacaq.

“İC İnsights” analitik şirkətinin icraçı direktoru Bil Maklin öz proqnozunda, həmçinin aşağıdakıları bildirib: 2013-cü ilədək yarımkeçirici bazarının həcmi 300 milyard dollara çatacaq; 2011-ci ildə smartfon tədarükləri 60% artacaq. 2010-cu ildə smartfon istehsalı üzrə 56% artım qeydə alınıb".

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL