waplog

“Qualcomm” şirkəti ucuz smartfonları LTE çiplərlə təchiz edəcək


"Qualcomm" şirkəti ucuz smartfon və planşetlər üçün nəzərdə tutulmuş yeni "Snapdragon 210" prosessorunu təqdim edib. Yeni prosessorun əsas xüsusiyyəti LTE şəbəkəyə qoşulma imkanına malik olmasıdır.

"ICTnews" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, çip 1.1 QHs takt tezlikli 4 "ARM Cortex-A7" nüvəsi və "Adreno 304" qrafikasından ibarətdir. İki SİM kart, 8 meqapiksellik kamera və "Full HD" təsvir ölçülü videonu göstərən HD ekran (1280x720 nöqtə) dəstəyi reallaşdırılıb. Daxili modem LTE Cat.4 kateqoriyasına məxsusdur və məlumatların saniyədə 150 meqabit sürətlə qəbuluna imkan verir.

"Snapdragon 210" prosessorunun daha bir funksiyası "Quick Charge 2.0" texnologiyasıdır. Nəticədə smartfonu 75% daha sürətli enerji ilə doldurmaq mümkündür.

"Qualcomm" şirkətinin yeni prosessoru Hindistan və Çin kimi inkişaf etməkdə olan ölkələrin istifadəçilərinə LTE şəbəkəsinə giriş açacaq. "Snapdragon 210" prosessoru ilə təchiz edilmiş qurğuların qiyməti 100 dolları ötməyəcək.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL