Avropada kontaktsız ödənişin qəbulunun tətbiqi sürətləndiriləcək
"MasterCard" şirkəti 2020-ci ilədək Avropa ölkələrində kontaktsız texnologiyanın dəstəklənməsinin ödəniş üçün "MasterCard" və "Maestro" kartlarını qəbul edən ticarət müəssisələri üçün standart olacağını bəyan edib.
Qeyd olunan müddətədək istehlakçılar Avropadakı bütün POS-terminallar vasitəsilə kontaktsız kartlar və "NFC" qurğuları ilə ödənişlər həyata keçirə biləcəklər. Artıq quraşdırılmış POS-terminallar istismar müddəti başa çatdıqdan sonra dəyişdirilə (1 yanvar 2020-ci ildən gec olmamaq şərti ilə) bilər. Həmçinin 1 yanvar 2016-cı ildən bütün yeni POS-terminallar "MasterCard" standartına uyğun olmalıdır.
"MasterCard"ın məlumatına görə, "PRIME Research" şirkətinin 2013-cü ilin noyabrın 1-dən aprelin 30-dək kontaktsız ödənişlər sahəsində keçirdiyi tədqiqatdan məlum olub ki, Avropa istehlakçıları, ilk növbədə Böyük Britaniya, Polşa, Rusiya, İtaliya, Macarıstan və Fransa istehlakçıları bir toxunuşlu ödənişi sınaqdan keçirmək və hər gün bu üsulla ödənişlər həyata keçirməyə hazırdırlar. Belə ki, britaniyalılar kontaktsız ödənişlərin qəbulunu və ticarətdə bu texnologiyanın tezliklə tətbiqini pərakəndə satışla məşğul olan ticarət obyektləri üçün rəqabətli üstünlük hesab edirlər, - "Computerworld www.osp.ru" yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL