waplog

“Apple Pay” ödəmə xidməti “Apple” şirkətinə böyük məbləğdə pul qazandıra bilər


“iPhone” və “Watch” cihazlarının köməyi ilə məhsulların ödənişini etməyə imkan verəcək “Apple Pay” ödəmə xidməti istehsalçısına böyük məbləğdə pul qazandıra bilər.

“Apple” hər bir əməliyyata görə istifadəçilərdən müəyyən məbləğdə komissiya haqqı tutacaq. Bu haqda şəxsi mənbələrinə istinadən “Bloomberg” nəşri yazıb.

Nəşr yazır ki, “Apple” şirkəti “Apple Pay” ödəmə xidmətinin köməyi ilə edilən bütün ödənişlərdən öz payını götürmək üçün banklarla razılaşıb. Qeyd edək ki, bir toxunuşla bank əməliyyatları üzrə illik dövriyyə 40 milyard dollar təşkil edir.

“ICTnews" elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, “Apple Pay” ödəmə sistemi istifadəçilərə daha əlverişli tarif təklif etməklə və təhlükəsizlik səviyyəsini yüksəltməklə “Bitcoin” virtual valyutasını ciddi sıxışdıra bilər.

Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL