waplog

ABŞ-da internet mağazalara müştəriləri tənqidinə görə məhkəməyə vermək qadağan edilib


ABŞ-ın Kaliforniya ştatında qəbul edilmiş qanuna əsasən, internet mağazaların sahibləri öz müştərilərinin mənfi rəylərinə görə onları şəbəkədə izləmək hüququna malik deyil.

Bundan başqa, satıcılardan müqavilənin şərtindən müştərinin mənfi fikir söyləmək hüququndan  imtina etməsi ilə bağlı maddəni çıxartmaq tələb olunur. Bu tələblər pozulduğu halda hüquqi şəxsləri 10 min məbləğində cərimə gözləyir.

“ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, alıcı və istehlakçıların məhkəmə təqibi təcrübəsi yalnız ABŞ-da deyil, həm də Avropanın bəzi ölkələrində baş verir. 2014-cü ilin yayında turist Fransa restoranlarından biri haqqında öz fikrini bildirdiyinə görə cərimələnib.

Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL