waplog

2020-ci ilədək mobil bazarın 66 faizni smartfonlar təşkil edəcək


Smartfon satışlarının qlobal artım dinamikası azalsa da, bu qurğulara tələbat, xüsusilə inkişaf etməkdə olan ölkələrdə əvvəlki kimi yüksəkdir.

"GSMA Intelligence" (GSMA Mobil Rabitə Operatorları Assosiasiyasının bölməsi) tədqiqat firmasının proqnozuna görə, 2020-ci ilədək mobil rabitə şəbəkələrinə qoşulmaların təxminən 66 faizi smartfonların köməyi ilə həyata keçiriləcək. Hazırda "ağıllı" telefonların payına düşən mobil qoşulmaların sayı 2 milyardı ötür ki, bu da  ümumdünya göstəricisinin 33 faiznə uyğundur.

Beləliklə, telekommunikasiya bazarının ekspertlərinin qiymətləndirməsinə əsasən, 6 il sonra mobil şəbəkələrə 6 milyard smartfon qoşulacaq ki, bu göstərici indiki ilə müqayisədə üç dəfə yüksəkdir. Daha 3 milyard qoşulma adi mobil telefon, planşet, USB modem və routerlərin payına düşəcək.

"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, hesabata əsasən, smartfon bazarında inkişaf etməkdə olan ölkələrin rolu artır. Sonuncular hələ 2011-ci ildən etibarən smartfon istifadəçiləri tərəfindən həyata keçirilmiş mobil qoşulmaların sayına görə inkişaf etmiş ölkələri ötüb. Hazırda inkişaf etməkdə olan iqtisadiyyata malik dövlətlərdə dünyanın smartfon istifadəçilərinin 66 faizi yaşayır, 2020-ci ilədək isə bu göstərici 80 faizdək artacaq.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL