Çində dördüncü kosmodromun tikintisi başa çatıb
Çin Haynan adasında Vençan şəhərinin yaxınlığında kosmodromun inşasını başa çatdırıb.
“İnfrastruktur tikintisi başa çatan dördüncü kosmodrom yaxın vaxtlarda istismara veriləcək. Kosmodrom kosmik buraxılışların həyata keçirilməsi üçün hazırdır”, - Çin pilot kosmik uçuşlar proqramının rəhbər müavini, ölkənin ilk kosmonavtı Yan Livey deyib.
Hazırda Çində üç – Sıçuan əyalətində yerləşəm Siçan, Tayyuan (ölkənin şimalında Şansi əyaləti) və şimal-qərbdəki Qansu əyalətinin Tsyusyuan kosmodromundan istifadə edilir.
Vençan şəhərinin yaxınlığında kosmodromun inşasına 2009-cu ildə başlanıb. Tikinti işlərinə başlamazdan əvvəl oradan 6 min yerli sakin köçürülüb. Dördüncü kosmodromun əsas üstünlüyü onun ekvatora yaxın olmasındadır ki, bu da raketdaşıyıcılarının buraxılması zamanı yanacaq sərfiyyatını azaltmağa imkan verir. “Bunun sayəsində biz kosmosa daha çox yük çatdıra biləcəyik, orbitdə peyklərin istismarı isə uzunmüddətli olacaq”, - Y.Levey bildirib.
Plana əsasən, kosmodromda Yerin süni peyklərinin, pilotlu kosmik gəmilərin və stansiyaların buraxılışı həyata keçiriləcək, - “İTAR-TASS” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL