ÜPİ-nin yaranmasının 140-cı ildönümünün ölkəmizdə keçirilməsi ilə bağlı Tədbirlər Planı təsdiqlənib
Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov 9 oktyabr - Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaranmasının 140-cı ildönümünün təntənəli keçirilməsi ilə əlaqədar Tədbirlər Planını təsdiqləyib.
Tədbirlər Planında oktyabrın 9-da ÜPİ-nin yaranmasının 140-cı ildönümü münasibəti ilə "Azərpoçt" MMC-də xüsusi tədbirin keçirilməsi, TV kanallarında veteran poçt işçilərinin iştirakı ilə verilişlərin təşkili və tədbirlə əlaqədar görülən işlərin KİV-də işıqlandırılması, Azərbaycan poçtunun ÜPİ və digər beynəlxalq poçt təşkilatları ilə əlaqələrinin inkişafında xüsusi fərqlənən əməkdaşların RYTN tərəfindən mükafatlandırılması nəzərdə tutulur.
Eyni zamanda oktyabrın 1-dək ÜPİ-nin üzvü olan ölkələrə və ÜPİ-nin qərargahına bayram münasibəti ilə təbriklərin göndərilməsi, oktyabrın 3-də MMC-nin tabeli müəssisələrinin binalarında və onların ətrafında səliqə-sahman, abadlıq yaradılması məqsədi ilə iməcliklərin keçirilməsi, oktyabrın 9-dək tabeli müəssisələrdə toplantıların keçirilməsi, poçt şöbələrində və bir sıra ictimai yerlərdə "9 oktyabr - Ümumdünya Poçt günüdür" sözləri yazılmış plakatların asılması, bayram münasibəti ilə "Azərpoçt" MMC-də əl işlərindən ibarət sərginin təşkili planlaşdırılır.
Oktyabrın 8-də "Azərpoçt" MMC-də və poçt müəssisələrində veteran poçt işçilərinə təbriklərin göndərilməsi də görüləcək tədbirlər sırasındadır.
Tədbirlər Planında oktyabrın 8-də Kürdəmir PF-nin Qarasu və Salyan PF-nin Şəkərli PŞ-lərinin yeni tikilmiş binalarının istifadəyə veriləcəyi də əksini tapıb.
"Azərpoçt" MMC tərəfindən oktyabrın 8-9-da texniki vasitələrin fasiləsiz işləməsi, poçt göndərişlərinin vaxtında çatdırılmasına nəzarətin gücləndirilməsi məqsədi ilə növbətçilik təşkil olunacaq.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL