waplog

Əlavə dəyər istehsalının 5,3 faizi informasiya və rabitə xidmətləri göstərən sahələr tərəfindən təmin edilib


2014-cü ilin yanvar-avqust aylarında ölkədə 39,2 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz çox ümumi daxili məhsul istehsal edilib.
 
"ICTnews" xəbər xidmətinin məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi (DSK) informasiya yayıb. DSK-dan bildirilib ki, qeyri-neft sektorunda istehsal olunan əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz artıb, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 55,9 faizdən 57,3 faizədək yüksəlib.
 
 
ÜDM-in 61,9 faizi istehsal sahələrində, o cümlədən 45,0 faizi sənayedə, 11,8 faizi tikintidə, 5,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunub, 31,0 faizi isə xidmət sahələrinin payına düşüb.
 
 
Xidmətlər sektorunda əlavə dəyər istehsalının 5,3 faizi informasiya və rabitə xidmətləri göstərən sahələr, 47,0 faizi isə sosial və digər xidmət sahələri tərəfindən təmin edilib.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL