waplog

“Vestel” smartfon biznesinə keçir


Televizor və məişət texnikası istehsalçısı “Vestel Group” smartfon bazarına çıxıb. Türkiyə şirkəti telefon biznesini ən böyük gəlir mənbəyinə çevirməyi planlaşdırır.
 
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, sentyabrın 10-da başa çatmış “IFA 2014” sərgisində “Vestel” iki smartfonunu nümayiş etdirib: 5 düymlük “Venus X” və 5,5 düymlük “Venus V”. Daha  böyük cihaz 13 meqapiksellik kamera, 16 QB daxili yaddaş, “4G LTE” və NFC simsiz rabitə modulları ilə təchiz edilib.
 
Avropa sakinləri sentyabrın 22-dən etibarən bu modellərə sahiblənə biləcəklər. “Venus X” smartfonu təxminən 300 dollar, “Venus V” isə 410 dollar olacaq.
 
“Vestel Group”un direktoru Turan Ərdoğan bildirib ki, 2017-ci ilədək şirkət ümumilikdə 3 milyon "ağıllı" telefon tədarük etməyə hazırlaşır. 5-Top-menecer deyib ki, 5-6 il sonra smartfonların satışı televiziya ilə müqayisədə daha gəlirli biznesə çevriləcək.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL