waplog

“Azərpoçt” “ADEX 2014” sərgisinin iştirakçılarına poçt-maliyyə xidmətləri göstərir



“Azərpoçt” MMC Azərbaycan Beynəlxalq “Müdafiə sənayesi” (“ADEX 2014”) sərgisi  iştirakçılarına səyyar poçt -maliyyə xidmətlərini təqdim edir.
 
Sentyabrın 11-də Bakı Ekspo Mərkəzində işə başlayan sərgi sentyabrın 13-dək davam edəcək.
 
Azərbaycan Müdafiə Sənayesi  və Müdafiə nazirliklərinin rəsmi təşəbbüsü və dəstəyi ilə təşkil edilən “ADEX 2014” sərgisi milli hərbi sənaye potensialının nümayişi, habelə hərbi sənaye kompleksinin müxtəlif sahələrində istifadə olunan müasir müdafiə texnologiyaları və nümunələri, eləcə də ən yeni hərbi texnika növləri ilə tanışlıq və beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması baxımından ən səmərəli meydançadır.
 
Qeyd edək ki, “ADEX 2014” sərgisində (Bakı Ekspo Mərkəzinin üç pavilyonunu tam əhatə etməklə) dünyanın 34 ölkəsindən 200 şirkət və 22 rəsmi nümayəndə heyəti iştirak edir.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL