Çin “Google”u beynəlxalq münaqişəni qızışdırmaqda ittiham edib
Çin hakimiyyəti “Google” korporasiyasını Pekin və Vaşinqton arasında münaqişə törətmək cəhdində ittiham edib. Bu barədə "People's Daily Overseas" qəzetinə istinadən “The Daily Telegraph” yazır.
"Çinə qarşı “Google” ittihamları tamamilə hazırlanmış, gizli motiv və pis niyyətə malikdir", - mətndə deyilir. Həmçinin, ön məqalədə vurğulanıb ki, “Google”un beynəlxalq diplomatik oyunlara girməsi və siyasi münaqişələri alovlandırması lazımsızdır.
2011-ci il iyun ayının başlanğıcında “Google” hakerləri “Google Mail”də 100-lə Amerika hökumət məmurlarının hesabını qırması cəhdində ittiham edilib. Korporasiyanın məlumatına görə, hücum Çinin ərazisindən edilib. Rəsmi Pekin öz ünvanına bütün ittihamları qəti surətdə təkzib edib.
“Google” və Çin hakimiyyəti arasındakı münaqişə artıq təxminən 2 ildir davam edir. Qarşıdurma “Google”un Çin bölməsi yerli hakimiyyətin tələbinə əsasən axtarış sorğularını yoxlamaqdan imtina etdikdən sonra artıq açıq mərhələyə keçib. Bundan sonra “Google” Pekin tərəfindən edilən təzyiqlərə görə Çin bazarından gedib.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL