waplog

Avtomobillərdə daşınan elektronikadan istifadə çoxalır



İstehlakçıların daşınan elektronikaya marağının artması avtomobil istehsalçılarını "ağıllı" avtomobillərin funksional imkanlarını genişləndirmək və rahatlığının yüksəldilməsi üçün cihazlardan istifadə etmək ideyasına sövq edir.
 
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, Cənubi Koreyanın bəzi şirkətləri artıq bu ideyanı reallığa çevirirlər və öz dördtəkərli həllərini daşınan smart qurğularla təchiz edirlər. Məsələn, istehsalçısının fikrincə, “Hyundai Genesis” avtomobili "ağıllı" “Google Glass” eynəyi ilə sıx qarşılıqlı əlaqədə istifadə olunmalıdır. Smart eynək sayəsində artıq yoldan diqqəti çəkərək cihaz panelinə baxmağa ehtiyac yoxdur: sürücü üçün lazımi informasiya “Google Glass” ekranında göstəriləcək.
 
“Kia”, həmçinin “ağıllı” avtomobil istehsalına çalışır. Şirkət bu məqsədlə sentyabrda “Kia Cerato” alıcılarına eyni brendə məxsus 1500 smart saat təqdim etmək qərarına gəlib. Cihazın köməyi ilə qapıları açmaq və bağlamaq, həmçinin avtomobili işə salmaq olar.
 
Almaniyanın “BMW” və “Mercedes-Benz” avtomobil istehsalçılarının yeni modellərində də "ağıllı" saatla qarşılıqlı əlaqə nəzərdə tutulub.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL