waplog

Ali təhsil müəssisələrinin reytinqində hansı universitet liderdir ?


Britaniyanın "Quacquarelli Symonds" (QS) şirkəti ali təhsil müəssisələrinin illik reytinqini dərc edib. Bir il əvvəl olduğu kimi, ABŞ-ın Massaçusets Texnologiya İnstitutu birinci pillədə qərarlaşıb.
 
"ICTnews" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, 2013-cü illə müqayisədə göstəricilərini yaxşılaşdırmış Britaniyanın Kembric Universiteti ikinci olub. London İmperiya Kolleci üçüncüdür.
 
Sonrakı pillədə ABŞ-ın ən məşhur universitetlərindən biri Harvard qərarlaşıb. İngiltərənin cənubunda Oksfordşir qraflığında yerləşən Oksford Universiteti və London Universitet Kolleci beşinci pilləni bölüşdürüb. Sonrakı dörd pillədə ABŞ-ın ali məktəbləri (Stenford Universiteti, Kaliforniya Texnologiya İnstitutu, Prinston və Yelsk universitetləri) qərarlaşıb.
 
"İqtisadi durğunluqla əlaqədar hökumət və şəxsi maliyyələşdirmə mənbələri elm, texnologiya, mühəndislik və riyaziyyat kimi sahələrə əsas diqqət yetirirlər" – tədqiqatın müəllifi Ben Souter deyib. O bildirib ki, texniki istiqamətli müəssisələr çox vaxt qlobal innovasiya yarışında mühüm rol oynayır.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL