waplog

Stokholmda “POST-EXPO-2014” beynəlxalq sərgi-konfransı keçiriləcək


23-25 sentyabr tarixlərində Ümumdünya Poçt İttifaqının (ÜPİ) təşkilatçılığı ilə İsveçin Stokholm şəhərində “POST-EXPO-2014” beynəlxalq sərgi-konfransı keçiriləcək.
 
Sayca 18-ci sərgi-konfransda poçt, kuryer, ekspress sənaye ilə bağlı cari məsələlər və qlobal məkanda işgüzar münasibətlər müzakirə ediləcək. ÜPİ-dən verilən məlumata görə, sərgidə poçt və bağlama texnologiyaları, avadanlıqlar, sahə üzrə yeni  xidmətlər nümayiş etdiriləcək.
 
Üç gün davam edəcək “POST-EXPO-2014” poçt, bağlama, təcili çatdırılma sənayesinin gələcək inkişafı haqda fikir və informasiya mübadiləsi üçün əsas platforma rolunu oynayaraq, dünyanın bu istiqamətdə əsas qərarverici liderlərini, o cümlədən baş direktorlar, menecerlər, təchizatçı və alıcıları bir araya gətirəcək. Sərgi-konfransda poçt texnologiyası üzrə beynəlxalq mükafatlar da təqdim ediləcək. Mükafatlar poçt sənayesinin müxtəlif istiqamətlərini əhatə edir.
 
Nominasiyalara “İlin ekoloji nailiyyəti”,
“İlin təchizatçısı”, “İlin rəqəmli innovasiyası”, “Son mil çatdırılma üzrə ilin innovasiyası”, “İlin xidmətlər provayderi”, “İlin bağlama emalı innovasiyası”, “İlin biznesin inkişafı innovasiyası” kateqoriyaları daxildir.
 
Qeyd edək ki, “POST-EXPO” hər il dünyanın 85-dən artıq ölkəsini təmsil edən milli, özəl poçt operatorları, kuryer, poçt şirkətləri, biznes qurumları daxil olmaqla, 3500-dən çox iştirakçını cəlb edir.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL