Növbəti ildə “4G” smartfonları 100 dollara satılacaq
Tayvanın “DigiTimes” nəşri tədarük kanalındakı mənbələrə istinadən yazır ki, tezliklə dördüncü nəsil şəbəkəsini dəstəkləyən ucuz smartfonlar bazarda üstünlük təşkil edəcək.
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, qiymətləndirmələrə görə, 2015-ci ilin birinci yarısında “4G” şəbəkəsini dəstəkləyən mobil telefonların qiyməti 100 dollardan aşağı olacaq. Hazırda sözügedən telefonların minimal qiyməti 200 dollar səviyyəsindədir.
“Qualcomm” şirkəti “4G” smartfonlarının ucuzlaşmasına imkan yaradacaq. Şirkət “MediaTek” ilə mübarizə aparmaq üçün ucuz çipset buraxıb.
Bundan başqa, Çin brendləri arasındakı rəqabətə görə telefonların qiyməti ucuzlaşır. Nəticədə artıq Çinin bəzi şirkətləri təxminən 114 dollar məbləğində “4G” dəstəkli başlanğıc səviyyəli cihazlar təklif edirlər.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL