ABŞ korporasiyası “Android” və “iOS” sistemli qurğular üçün klaviatura təqdim edib
ABŞ-ın “Microsoft” korporasiyası “iPhone”, “iPad” smartfon modelləri, “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular və “Windows” əməliyyat sistemli planşet kompüterlərlə uyğunluq təşkil edən 10 millimetrlik universal mobil klaviatura təqdim edib. Bu barədə ABŞ istehsalçısının saytında deyilir.
İstifadəçilər simsiz klaviaturaya müxtəlif əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən üçədək qurğunu qoşaraq onlar arasında qurğunun sağ küncündə yerləşən düymə ilə keçid edə bilərlər. Qurğu “Windows 8”, “iOS 6”, “Android 4” platformalarına və onlardan sonrakı versiyalarla uyğundur və “Bluetooth” vasitəsilə qoşulur.
Eyni zamanda, klaviatura hazırda “Microsoft”un mobil platformasının “Bluetooth Human Interface Device” protokolunu dəstəkləmədiyinə görə “Windows Phone” mobil əməliyyat sistemli smartfonlarla işləmir. Bundan başqa, klaviatura sensor düymələri dəstəkləmir.
İstehsalçının məlumatına görə, istifadəçi klaviaturanı axşam enerji toplamağa qoysa, bu, qurğunun əlavə enerji toplamaması şərtilə 6 ay istifadə üçün kifayət edəcək. Həmçinin 10 dəqiqəlik internetə qoşulma akkumulyatorun 8 saat ərzində işini təmin edir.
Klaviatura qoruyucu qapaq və istifadəçi qurğusu üçün altlıq ilə təchiz edilib. Qapaq örtülən zaman qurğu sönür. Klaviaturada istifadəçini qurğunun ekranına yönəldən “Geriyə” düyməsi də yer alıb.
Qurğu cari ilin oktyabrında qiyməti 80 dollara olmaqla qara və bozumtul rəngdə satışa çıxarılacaq. İlk vaxtlar qurğunu ABŞ və Kanadada almaq mümkün olsa da, "Microsoft” sonradan onu digər ölkələrin bazarlarına da çıxarmağı planlaşdırır, - “Lenta” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL