waplog

2014-cü ildə qlobal inteqral sxem bazarının həcmi 285,9 milyard dollar təşkil edəcək


“IC Insights” tədqiqatçılarının proqnozuna görə, 2014-cü ildə qlobal inteqral sxem bazarının həcmi 285,9 milyard dollara çatacaq. Bu növ yarımkeçirici məhsul satışının təxminən 59 faizi Asiya-Sakit okean regionunun payına düşəcək. Analitiklər hesab edirlər ki, 2017-ci ildə bu bazar payı 61 faizədək arta bilər.
 
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, onların qiymətləndirməsinə görə, cari ildə Şimali və Cənubi Amerikada inteqral sxem istehsalçılarının gəliri 61,3 milyard dollara çatacaq. Avropanın pay göstəricisi 11,1 faiz, Yaponiyada 8,6 faiz səviyyəsində qiymətləndirilir.
 
Asiya-Sakit okean regionunun ölkələri kompüter və kommunikasiya çiplərinin satışı sayəsində inteqral sxem satışlarının həcminə görə liderdir.
 
Avropa hələ ki avtomobillər üçün yarımkeçiricilərin satışı üzrə liderdir. Amma Asiya-Sakit okean regionunda yeni maşınların satışları artır, buna görə, ehtimal ki, iki il sonra bu regiondakı dövlətlər avtomobil inteqral sxemlərinin ən böyük satış bazarı olacaq.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL