waplog

Çin 2022-ci ilədək kosmik stansiyanı işə salacaq


Çin 2022-ci ilədək ölkənin ilk kosmik stansiyasını yaratmağı planlaşdırır. Stansiyanın tikintisi hazırda Yerətrafı orbitdə fəaliyyət göstərən modul əsasında aparılacaq. Onu da qeyd edək ki, Çində kosmonavtikanın inkişafı dövlətin prioritet istiqaməti kimi elan olunub.
 
Çində son pilotlu uçuş ötən il həyata keçirilib. O zaman üç kosmonavtdan ibarət heyət orbitdə 15 gün qalmaqla aparatların "Tyanqun-1" orbital modulu ilə birləşdirilməsi üzrə əməliyyatlar aparıb. Çin Kosmik Agentliyinin direktor müavini, ilk çinli kosmonavt Yanq Liveyin sözlərinə görə, "Tyanqun-2" 2016-cı ildə buraxılacaq.
 
O qeyd edib ki, 2018-ci ildə kosmik stansiyanın dörd il sonra fəaliyyətə başlayacaq nüvəsi buraxılacaq.
Bundan əvvəl Çində 2020-ci il kosmik stansiyasının işinin start tarixi kimi seçilib.
 
Kosmonavtların hazırlanması mərkəzinin baş konstruktor müavini Xuan Veyfen Kosmik Uçuşlar Assosiasiyasının Pekində keçirilən illik konqresində bildirib ki, Çin mühəndislərin içindən seçim edərək kosmonavtlar hazırlamağı nəzərdə tutur. Ölkədə növbəti iki ildə üçüncü qrup kosmonavtların seçimi üzrə işin başa çatdırılması planlaşdırılır.
 
Gözlənilir ki, gələcək kosmonavtlar kosmik stansiyada çalışacaq və daha mürəkkəb işləri yerinə yetirəcək. Bu səbəbdən onlar daha dərin peşə bacarıqlarına malik olmalı və psixoloji baxımdan çətin şəraitdə işləməyi bacarmalıdırlar. Konstruktor müavini əlavə edib ki, bəzi kosmonavtlar tibb işçilərinin içindən seçiləcək.
 
Üçüncü kosmonavt qrupunda artıq iki qadın kosmonavtın olmasına görə yeni qadın kosmonavtlara ehtiyac olmayacaq, - " www.cybersecurity.ru" yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL