Gəncədə informasiya-kommunikasiya texnologiyaları ilə tam təmin olunmuş Mətbuat evi istifadəyə veriləcək
Gəncədə Mətbuat evi inşa edilir. Gəncəçayın sağ sahilində tikilən bina 460 kvadratmetr ərazini əhatə edir.
Bu məkan istifadəyə verildikdən sonra qərb bölgəsinin jurnalistləri üçün mərkəz rolunu oynayacaq.
Beşmərtəbəli bina artıq informasiya- kommunikasiya texnologiyaları ilə tam təmin olunub. Burada sürətli internet şəbəkəsi yaradılıb. Bu, kütləvi informasiya vasitələrinin nümayəndələrinə məlumatları vaxtında ötürüb, vaxtında da qəbul etməyə imkan verəcək.
Bundan əlavə, mərkəzdə iş və istirahət otaqları, konfrans zalı və s. də fəaliyyət göstərəcək.
Hazırda tikilinin fasad hissəsi xüsusi layihə əsasında keramika, qranit və rəngli şüşə ilə üzlənir.
Binanın inşası ilə bərabər ətrafında abadlıq işləri də aparılır. Mətbuat evinin ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL