Məktəbli insan həyatının xilası üçün mobil əlavə yaradıb
ABŞ-ın Texas ştatının 12 yaşlı məktəblisi Dilan Pusetti "Android" mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonlar üçün kritik vəziyyətdə insanların həyatını xilas edəcək mobil əlavə icad edib.
"SaveMePro" adlandırılan əlavə qurğu sahibinin yandırıb-söndürmə düyməsini ardıcıl səkkiz dəfə basdıqdan sonra aktiv edilir. Bundan sonra əvvəlcədən proqramlaşdırılmış nömrələrə köməyin göstərilməsi üçün məlumat daxil olur.
Məktəblinin sözlərinə görə, o, əlavəni yaratmaqla ilk növbədə ümid edib ki, proqram həqiqətən kiminsə həyatını xilas edəcək. İnsan oğurlansa, yolunu azsa və ya dağıntılar altında qalsa, ona yardım üçün bir-iki hərəkət etmək kifayətdir.
Təhlükəni bildirən məlumatı alan şəxs xəritə və "GPS" vasitəsilə məlumat göndərənin yerini müəyyən edə biləcək.
Təbiət və texniki elmlərin öyrənilməsinə xüsusi maraq göstərən D.Pusetti adi ABŞ məktəbində təhsil alır, - " www.soft.mail.ru" yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL